“AZEICG” şirkəti Azərbaycan, Rusiya və Mərkəzi Asiya ölkələrində yeni dərman preparatlarının hazırlanması və istehsalı sahəsində fəaliyyət göstərən, əsas müalicəvi komponenti ağ, qətrandan təmizlənmiş naftalan və naftalan yağı olan yeganə və aparıcı farmasevtik müəssisələrdən biridir.
Şirkətin fəaliyyəti dövründə kimya, biologiya, biokimya, farmakologiya, mikrobiologiya sahələrində çalışan mütəxəssislərimiz, eləcə də həkimlər – travmatoloqlar, dermatoloqlar, proktoloqlar, uroloqlar, ginekoloqlar, nevroloqlar, revmatoloqlar, cərrahlar və kosmetoloqlar tərəfindən yeni yerli dərman preparatları hazırlanmış və patentləşdirilmişdir.

RU
UZ
EN
















