Product added to cart successfully

Əfsanə və tarix

Naftalan haqqında əfsanə

Bu hadisə qədim dövrlərdə, eramızın VI əsrinin əvvəllərində baş vermişdir. Tacir karvanı indiki Naftalan şəhərinin yerləşdiyi ərazilərdən keçirdi. Bu yerlərdə bulanıq sulu çoxlu göllər vardı. Dəvələrə zərər gəlməsin deyə, onları bu su hövzələrindən uzaqlaşdırmışdılar.

Tarixi faktlar

Naftalan haqqında ilk məlumatlara böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141–1201) əsərlərində rast gəlinir. O, indiki Naftalan şəhəri yaxınlığında yerləşən Safi-Kürd kəndindən naftalan neftinin karvanlarla daşınması barədə müşahidələrindən yazır.