Product added to cart successfully

Description

Tərkibi və buraxılış forması: 25 mq.
Petrolatum, Zinc oxide, Paraffin.

Xarakteristika:
Sink oksidli naftalan kremi monoterapiya kimi, həmçinin xarici hormonal preparatlarla birlikdə istifadə oluna bilər. Bir sıra patoloji proseslərdə davamlı nəticə əldə etmək üçün kurs şəklində və sistemli tətbiq zəruridir. Tərkibində hormonlar və boyayıcı maddələr yoxdur.

Komponentlərin xüsusiyyətləri:
Sinkli naftalan kreminin kompleks terapevtik təsiri onun tərkibinə daxil olan komponentlərlə şərtlənir: Naftalan yağı – qatranlı birləşmələrdən təmizlənmiş təbii naften neftidir, güclü iltihabəleyhinə, qaşınmaəleyhinə, antibakterial, desensibilizasiyaedici və ağrıkəsici təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, maddələr mübadiləsinin intensivliyini artırır və dərinin trofik funksiyalarını stimullaşdırır.

Sink oksidi – adsorbsiyaedici, büzücü, antiseptik və quruducu təsirlərə malikdir. Eksudasiyanı azaldır, iltihabın və dəri qıcıqlanmasının lokal təzahürlərini aradan qaldırır, zülalların denaturasiyasını təşviq edərək hüceyrə bölünməsini sürətləndirir, eroziyaya uğramış sahələrdə qoruyucu örtük formalaşdıraraq yaraların infeksiyalaşmasının qarşısını alır. Bundan əlavə, sink oksidi su molekullarını bağlayaraq zədələnmiş dəri sahələrində yerləşən mikroorqanizmləri qida maddələrindən məhrum edir. Hüceyrə bölünməsi proseslərinin aktiv iştirakçısı olan sink kollagen sintezini sürətləndirir və dərinin tez sağalmasına və bərpasına kömək edir.

Beləliklə, vazelin-sink məlhəminin tərkibinə daxil olan komponentlər güclü iltihabəleyhinə, qaşınmaəleyhinə, adsorbsiyaedici, büzücü, quruducu və dezinfeksiyaedici təsir göstərir, zədələnmiş dəri örtüklərinin bərpasına kömək edir, dərinin regenerativ və baryer funksiyalarını artırır.

Beləliklə, sinkli naftalan kreminin tərkibinə daxil olan komponentlər güclü ağrıkəsici, iltihabəleyhinə, qaşınmaəleyhinə, adsorbsiyaedici, büzücü, quruducu və dezinfeksiyaedici təsir göstərir, zədələnmiş dəri örtüklərinin bərpasına kömək edir, dərinin regenerativ və baryer funksiyalarını artırır.

Tövsiyə olunur:
Müxtəlif formalı islanan dermatitlər/dermatozlar zamanı kompleks qulluqda:
Ekzema, atopik dermatit (neyrodermatit), allergik kontakt dermatit, seboreyalı dermatit, eksudativ psoriaz, sadə xroniki dəmrov (Vidal dəmrovu), piodermiya, trofik xoralar, erizipel, bişməcələr, 1-2-3-cü dərəcəli yanıqlar, qoturluq.
Moknutinin aradan qaldırılması və müxtəlif dermatozlarda iltihabi prosesin azaldılması üçün.
Dəri baryerinin pozulması, bişməcələr və dəri qıcıqlanması zamanı.

Əks göstərişlər:
Məhsulun komponentlərinə fərdi həssaslıq.
14 yaşdan kiçik uşaqlarda istifadə etməyin.