Tərkibi və buraxılış forması: 25 mq.
Petrolatum, Unguentum sulfuratum simplex, Paraffin.
Xarakteristika:
Kükürdlü naftalan kremi monoterapiya kimi, həmçinin xarici hormonal preparatlarla birlikdə istifadə oluna bilər. Bir sıra patoloji proseslərdə davamlı nəticə əldə etmək üçün kurs şəklində və sistemli tətbiq zəruridir. Tərkibində hormonlar və boyayıcı maddələr yoxdur.
Komponentlərin xüsusiyyətləri:
Kükürdlü naftalan kreminin kompleks terapevtik təsiri onun tərkibinə daxil olan komponentlərlə şərtlənir: Naftalan yağı — qatranlı birləşmələrdən təmizlənmiş təbii naftalan neftidir, güclü iltihabəleyhinə, qaşınmaəleyhinə, antibakterial, desensibilizasiyaedici, ağrıkəsici təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, maddələr mübadiləsinin intensivliyini artırır və dərinin trofik funksiyalarını stimullaşdırır.
Çökmüş kükürd – Xarici tətbiq zamanı təmizlənmiş kükürd kimi təsir edir. Çökmüş kükürd daha aktivdir və (xüsusilə donuz piyində) təmizlənmiş kükürdə nisbətən daha yaxşı sorulur. Aşağı konsentrasiyalarda (5-8%-ə qədər) zəif antimikrob, antiparazitar, sovurucu, iltihabəleyhinə, qaşınma azaldıcı, keratoplastik; daha yüksək konsentrasiyalarda isə quruducu, qıcıqlandırıcı və keratolitik təsir göstərir. Sarı vazelin əsas kimi istifadə edildikdə kükürdün keratoplastik təsiri daha güclü olur. Daxilə qəbul edildikdən sonra əsasən dəyişməz halda bağırsaqlar vasitəsilə xaric olunur. Qoturluq, dermatitlər, trixofitiya, mikrosporiya, ekzema, seboreya və digər dəri xəstəliklərinin müalicəsində məlhəm (5, 10, 20%), liniment, toz və pudra formasında xaricdən təyin olunur.
Beləliklə, kükürdlü naftalan kreminin tərkibinə daxil olan komponentlər aşağı konsentrasiyalarda (5-8%-ə qədər) zəif antimikrob, antiparazitar, sovurucu, iltihabəleyhinə, qaşınma azaldıcı, keratoplastik; daha yüksək konsentrasiyalarda quruducu, qıcıqlandırıcı və keratolitik təsir göstərir, zədələnmiş dəri örtüklərinin bərpasına kömək edir, dərinin regenerativ və baryer funksiyalarını artırır.
Tövsiyə olunur:
Müxtəlif formalı islanan dermatitlər/dermatozlar zamanı kompleks qulluqda:
Dəri xəstəliklərinin – seboreya, sikoz, psoriaz, mikoz, qoturluq, ekzema, demodekoz və göbələk dəri zədələnmələrinin kombinə olunmuş terapiyasında.
Quru yaraların aradan qaldırılması və müxtəlif dermatozlarda iltihabi prosesin azaldılması üçün.
Dəri baryerinin pozulması, bişməcələr və dəri qıcıqlanması zamanı.
Əks göstərişlər:
Məhsulun komponentlərinə fərdi həssaslıq.
14 yaşdan kiçik uşaqlarda istifadə etməyin.