Naftalanoterapiyanın aparılması üçün göstərişlər
Dayaq-hərəkət sistemi xəstəlikləri
- Revmatoid artrit, psoriatik artrit, ankilozlaşdırıcı spondiloartrit, reaktiv artrit (aktivliyin 1-2 dərəcəsi, ifadəli visseral təzahürlər və sinovit olmadan)
- Osteoartroz
- Diz oynağının oynaqdaxili zədələnmələri (çarpaz və kollateral bağların və ya menisklərin posttravmatik zədələnmələri)
- Kontrakturalar
- Dorsopatiyalar (onurğa sütununun osteoxondrozu, spondiloz, reflektor və kökcük təzahürləri ilə müşayiət olunan vertebrogen dorsopatiyalar – natamam remissiya və yarımkəskin mərhələdə)
- Dorsopatiyalar (onurğa sütununun osteoxondrozu, spondiloz)
- Radikulopatiyalar (radikulit, fəqərəarası diskin zədələnməsi ilə bağlı radikulopatiyalar)
- Servikalgiya, işias
- Koksigodiniya
- Yumşaq toxuma xəstəlikləri (miozit, miopatiyalar, əzələ kontrakturaları, fibromialgiya sindromu)
Dəri xəstəlikləri
- Psoriaz (stasionar mərhələdə və remissiya dövründə)
- Ekzema (yarımkəskin və xroniki mərhələdə)
- Neyrodermatit (yarımkəskin və xroniki mərhələdə)
- Etiologiyası naməlum olan dəri qaşınmaları
- Atopik dermatit
Ginekoloji xəstəliklər
- Xroniki və residivləşən adneksitlər, salpinqooforitlər (kəskinləşmə mərhələsindən kənar)
- Birincili və ikincili sonsuzluq
- Uşaqlığın inkişafdan qalması
- Kiçik çanaqda bitişmə prosesi
Periferik damar xəstəlikləri
- Obliterasiyaedici ateroskleroz, aşağı ətrafların I və II B mərhələ işemiyası
- Kəskin tromboflebitdən 6 ay sonra posttromboflebitik sindrom
- Diabetik angiopatiyalar
Sinir sistemi xəstəlikləri
- Üçlü sinirin nevralgiyası
- Qabırğaarası nevropatiya
- Yuxarı və aşağı ətrafların mononevropatiyaları
- Keçirilmiş insultdan sonra hərəkət pozğunluqları (6 aydan sonra)
Cərrahiyyə
- I, II və III dərəcəli termiki yanıqların erkən və gec bərpa dövrü (dermatodezmogen, vətər, neyrogen və artrogen kontrakturalar olduqda)
- Donmalar
- Çətin sağalan yaralar
- İrinli yaralar
- Əməliyyatdan sonrakı yaralar
- Odlu silah yaralanmaları və onların ağırlaşmaları
LOR-orqanların xəstəlikləri
- Xroniki tonzillit, rinit, sinusit
Stomatoloji xəstəliklər
- Parodontun bütün növ xroniki iltihabi xəstəlikləri
Uroloji xəstəliklər
- Xroniki qeyri-spesifik prostatit
Proktoloji xəstəliklər
- Hemorroy (daxili və xarici)
İdman təbabəti və travmatologiya
- Yataq yaraları (prolejlər)
- Əzilmələr
- Dartılmalar
- Qapalı sınıqlardan sonrakı reabilitasiya dövrü
Müalicəvi kosmetologiya
Naftalanoterapiya üçün ÜMUMİ ƏKS GÖSTƏRİŞLƏR
- Ağciyər vərəmi və oynaqların, onurğa sütununun vərəm zədələnmələri
- Gərginlik stenokardiyası, III funksional sinif
- Qan dövranı çatışmazlığı, II mərhələ
- Hipertoniya xəstəliyi, III mərhələ
- Tireotoksikoz, II–III mərhələ
- Mərgüməkvari aritmiya və paroksizmal taxikardiya
- Mərkəzi sinir sisteminin üzvi xəstəlikləri
- Uşaqlığın mioması və fibromioması
- Qaraciyər sirrozu
- Xroniki qlomerulonefrit və nefroz
- Fərdi dözümsüzlük
- Fiziobalneoterapiya üçün ümumi əks göstərişlər
- Qıcolmalar və epilepsiya
MÜALİCƏ METODİKALARI
- Ümumi Naftalan Ağ Vannaları™ «Yenilik»
- Qatranı təmizlənmiş Naftalan ilə lokal applikasiyalar «Yenilik»
- Qatranı təmizlənmiş Naftalan ilə ümumi bükülmələr «Yenilik»
- Qatranı təmizlənmiş Naftalan ilə UB-şüalanma kombinasiyası «Yenilik»
- Qatranı təmizlənmiş Naftalan ilə ultrasəs terapiyasının kombinasiyası «Yenilik»
- Qatranı təmizlənmiş Naftalan ilə desimetr diapazonlu elektromaqnit dalğalarının kombinasiyası «Yenilik»
- Qatranı təmizlənmiş Naftalan ilə terapevtik lazer şüalanması (infraqırmızı spektr) «Yenilik»
- Qatranı təmizlənmiş Naftalan ilə tamponlar, maskalar və irrigasiyalar «Yenilik»