Rafinə olunmuş Naftalan nefti FS 42-1957-82 farmakopeya məqaləsinə uyğun olmalıdır. Bu, yaşılımtıl flüoressensiyaya malik, özünəməxsus qoxulu, zəif turş reaksiyalı qara rəngli, qatı şərbətəbənzər mayedir. Su ilə qarışmır. Qliserin, serezin, yağlar, piylər, parafin və mumla bütün nisbətlərdə qarışır (GF-X, səh. 75). Sıxlığı 0,918–0,958-dir (GF-X, səh. 772). Qaynama temperaturunun başlanğıcı 160 dərəcə Selsidən aşağı olmamalıdır (GF-X, səh. 769). Su tərkibi 0,5%-dən çox olmamalıdır (GF-X, səh. 772).

Rafinə olunmuş Naftalan nefti əsasən tibbi preparatların hazırlanması və istehsalı üçün istifadə edilmişdir. Sarı Naftalan mazı, vismut-tanin-sink-naftalan mazı, Naftalan nefti, salisilo-naftalan mazı, Naftalan üzərində kükürdlü maz, “tiolan” mazı, bor-sink-naftalan pastası, sink-naftalan pastası, kükürd-sink-naftalan pastası, ixtiol-sink-naftalan pastası, naftalan-fitonsid emulsiyası, rafinə olunmuş Naftalan nefti, Naftalan, naftalan yağlı pastillər, müalicəvi mastika – 200-dən artıq adda preparat.