Naftalan qara-qəhvəyi və ya qəhvəyi rəngli, xarici görünüşünə görə sənaye neft növlərindən az fərqlənən qatı bir mayedir. Naftalanın fərqləndirici xüsusiyyəti onun yüksək xüsusi çəkisidir (0,927-dən 0,970-ə qədər) ki, bu da bir tərəfdən yüngül fraksiyaların az miqdarda olması (digər neftlərdə bu göstərici 50%-ə qədər çatır), aşağı qaynama temperaturuna malik və parafin sırasına aid bərk karbohidrogenlərin olmaması, digər tərəfdən isə naften və aromatik karbohidrogenlərin və qatranların yüksək miqdarda olması ilə izah olunur.

Nativ naftalan neftinin tərkibi:

  • naften karbohidrogenləri (50-60%)
  • aromatik karbohidrogenlər (15%-ə qədər)
  • qatranlar (25-30%-ə qədər)
  • naften turşuları (1%-ə qədər)
  • azotlu əsaslar (0,3%-ə qədər)
  • su (10-15%-ə qədər)

Naftalanın təsiredici başlanğıcı naften karbohidrogenləridir. Qısa yan zəncirə malik bu karbohidrogenlər bir çox bioloji aktiv maddələrin – sterinlərin, öd turşularının, D vitamininin, progesteronun əsasını təşkil edir. Onlar böyrəküstü vəzilərin qabıq qatının steroid hormonlarının biosintezində iştirak edərək orqanizmin adaptiv-kompensator funksiyalarının stimullaşdırılmasına kömək edir. Bundan əlavə, naftalan neftində fizioloji cəhətdən aktiv çoxlu sayda mikroelementlər – sink, bor, manqan, yod, mis, litium, rubidium, kobalt, molibden və s. aşkar edilmişdir ki, bu da onun müalicəvi təsir mexanizmində şübhəsiz əhəmiyyət kəsb edir. Naftalanın azotlu əsasları, eləcə də naften turşuları da bioloji aktivlikdən məhrum deyildir.

Naftalan neftində mikroelementlərin tərkibi:

Mikroelement Tərkibi, mq%
Li

Rb

Cs

Ti

V

Cr

Mo

Co

Ni

Zn

Cd

Hg

Al

Se

J

Br

P

B

Mn

Cu

Fe 2+,3+

0.03 – 0.06

0,01 – 0,03

0.005

0,01

0.0072

следы

0.008

– 0.08

0.001

0.07 – 0.09

0.001

iz miqdarda

0.0082

0.01

0,06 – 0,1

0.01

0.01

0,04

0,03 – 0,012

0,01 – 0,08

0.01